• Əsas səhifə
  • Məqalələr
  • Videolar
  • Digər saytlar
  • Bizimlə əlaqə

Digər mövzular

Təkamül nəzəriyyəsinin arxa planı

Nəzəriyyənin ortaya atılması

Təkamülün arxasındakı əsas hədəf

Təkamül və ideologiyalar

Təkamülün dəlilləri və heç cür tapılmayan fosillər

Yer üzündə həyat qəflətən və çox çeşidli formalarda ortaya çıxmışdır

Çıxarılan saxta fosillər

Təməl formalar da təkamüllə açıqlana bilmir

Medianın beyin yuma üsulları

Medianın böyük masonik vəzifəsi: təkamülü cəmiyyətə qəbul etdirmək

Təkamül nağılları

İnsanın təkamülü nağılı

Molekulyar təkamül müəmması

İlkin dünya mühiti və zülallar

Möcüzəvi molekul: DNT

Canlılar aləmi molekul yığınlarından kənar bir anlayışdır

“Təsadüflərin meydana gətirdiyi hüceyrə” nağılı

Yaradılış və göz

Nəticə

İbtidai dünya mühiti və zülallar



Daha əvvəl saydığımız bütün əsassızlıqlarına baxmayaraq, təkamülçülər amin turşularının ibtidai dünya mühitində öz-özünə necə meydana gəldiyi sualından Miller təcrübəsi ilə yayınmağa çalışırlar. Bu uydurma təcrübə ilə həmin problemin çoxdan həll olduğu kimi bir təəssürat verərək bu gün belə, insanları yanıltmağa davam edirlər.

Lakin həyatın mənşəyini təsadüflərlə açıqlamaq cəhdinin ikinci mərhələsində təkamülçüləri amin turşularının təşəkkülü ilə müqayisə edilməyəcək dərəcədə böyük bir problem gözləyir: zülallar. Yəni yüzlərlə fərqli amin turşularının müəyyən bir sıra ilə bir-birinə əlavə olunaraq meydana gətirdikləri canlılar aləminin əsas elementləri.

Zülalların təbii şərtlərdə təsadüfən meydana gəldiklərini iddia etmək amin turşularının təsadüfən meydana gəldiklərini iddia etməkdən daha məntiqsizdir. Amin turşularının zülalları meydana gətirmək üçün uyğun düzülüşlərdə təsadüfən birləşə bilmələrinin riyazi qeyri-mümkünlüyünü əvvəlki səhifələrdə ehtimal hesabları ilə araşdırdıq. İndi isə zülal əmələ gəlməsinin kimyəvi olaraq da ibtidai dünya şərtlərində mümkün olmadığını görəcəyik.

SUDA ZÜLAL SİNTEZİ MÜMKÜN DEYİL



Amin turşuları zülal meydana gətirmək üçün kimyəvi olaraq birləşərkən aralarında peptid rabitəsi deyilən xüsusi rabitə qururlar. Bu rabitə qurularkən bir su molekulu ortaya çıxır.

Bu vəziyyət ibtidai həyatın dənizlərdə ortaya çıxdığını iddia edən təkamülçü izahı qəti şəkildə əsassız edir. Çünki kimyada “Le Châtelier” qanunu olaraq tanınan qanuna görə, ortaya su çıxaran bir reaksiyanın (kondensasiya reaksiyası) su olan bir mühitdə nəticələnməsi mümkün deyil. Sulu bir mühitdə bu növ bir reaksiyanın reallaşa bilməsi kimyəvi reaksiyalar içində əmələgəlmə ehtimalı ən aşağı olanı olaraq xarakterizə edilir.

Bu səbəbdən, təkamülçülərin həyatın başladığı və amin turşularının meydana gəldiyi yerlər olaraq ifadə etdikləri okeanlar amin turşularının bir sonrakı mərhələdə birləşərək zülalları meydana gətirməsi üçün qətiyyən uyğun olmayan mühitlərdir. R.E.Dikinson (Richard E. Dickinson) “Scientific American”da belə yazır:

Əgər zülal və nuklein turşu polimerləri aparıcı monomerlərdən meydana gəlirsə, polimer zəncirinə hər dəfə monomer birləşəndə bir molekul su atılması şərtdir. Bu vəziyyətdə suyun varlığının polimer meydana gətirmənin əksinə, mühitdəki polimerləri parçalama istiqamətində təsirli olması həqiqəti qarşısında sulu bir mühitdə polimerləşmənin necə getdiyini təxmin etmək çətindir.37

Digər tərəfdən, təkamülçülərin bu həqiqət qarşısında söz dəyişdirib ibtidai həyatın qurularda meydana gəldiyini qarşıya qoymaları da qeyri-mümkündür. Çünki ibtidai atmosferdə meydana gəldikləri fərz edilən amin turşularını ultrabənövşəyi şüalarından qoruyacaq yeganə mühit dəniz və okeanlardır. Amin turşuları quruda ultrabənövşəyi şüalara görə parçalanırlar. Le chatelier prinsipi isə dənizlərdəki əmələgəlmə iddiasını alt-üst edir. Bu da təkamülü çıxılmaz vəziyyətə salan başqa bir səbəbdir.

QEYDLƏR

37. Dickerson, “Chemical Evolution”, Scientific American, cild 239, say 3, 1978, səh. 74.